Sabah qar yağacaq, şaxta olacaq

8 Fevral 2020 14:48 (UTC+04:00)

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında temperatur gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.