Millimizin sabiq qapıçısı Rusiya klubunda

8 Fevral 2020 21:53 (UTC+04:00)

Millimizin və "Neftçi”nin sabiq qapıçısı Aleksandr Jidkovun yeni klubu bəlli olub.

Goal.az xəbər verir ki, o, Rusiyanın birinci divizionunda çıxış edən "Avanqard” komandasında məşqçi kimi çalışacaq.

Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, 54 yaşlı Jidkov bunadək "Anji”, "Moskva”, "Orel”, "Tom”, "Volqa”, "Rostov” və Yaşin akademiyasında da məşqçi kimi çalışıb