Məzahir Pənahov: Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb

9 Fevral 2020 16:05 (UTC+04:00)

Parlament seçkiləri normal gedir.

Mövqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Sədr bildirib: "Bütün neqativ hallar barəsində jurnalistlər, müşahidəçilər bizə məlumat versinlər ki, biz bunlarla bağlı ölçü götürək".

MSK sədri vurğulayıb ki, müşahidəçilərlə mütəmadi danışır və hazırkı seçki prosesi hətta əvvəlki seçkilərdən də yüksək səviyyədə keçirilir: "Hiss olunur ki, atılan addımlar öz nəticəsini verib. Amma yenə də bildirmək istəyirəm ki, yerlərdə hər hansı neqativ hallarla qarşılaşsanız, bunu MSK-ya bildirin".

M.Pənahov, həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib: "Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".

MSK sədri əlavə edib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb: "Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlərə dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə, olacaq. Burada qəbahətli məsələ yoxdur".Parlament seçkiləri normal gedir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Sədr bildirib: "Bütün neqativ hallar barəsində jurnalistlər, müşahidəçilər bizə məlumat versinlər ki, biz bunlarla bağlı ölçü götürək".

MSK sədri vurğulayıb ki, müşahidəçilərlə mütəmadi danışır və hazırkı seçki prosesi hətta əvvəlki seçkilərdən də yüksək səviyyədə keçirilir: "Hiss olunur ki, atılan addımlar öz nəticəsini verib. Amma yenə də bildirmək istəyirəm ki, yerlərdə hər hansı neqativ hallarla qarşılaşsanız, bunu MSK-ya bildirin".

M.Pənahov, həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib: "Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür".

MSK sədri əlavə edib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb: "Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlərə dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə, olacaq. Burada qəbahətli məsələ yoxdur".