İspaniya Milli Statistika İnstitutu (INE), 1971-ci ildən bu yana ölkə əhalisinin ilk dəfə azaldığını açıqlayıb. 1 yanvar 2013-cü il etibarilə 46 milyon 704 min 314 olaraq təyin olunan ölkə əhalisinin əvvəlki ilə görə 0,2 faizi (162 min 390 nəfər) azaldığı bildirilib. Movqe.Az-ın məlumatına görə, əhalinin azalmasına prioritetli səbəb olaraq immiqrantlar göstərilib. İqtisadi böhranın də təsiriylə 417 min 23 immiqrant İspaniyanı tərk edərkən, ölkəyə gələn immiqrant sayının 314 min 358 olduğu qeyd edilib. İspaniyada 5 milyon 118 min 112 immiqrant yaşayır. Böhran səbəbi ilə ölkədən xaricə gedən ispan vətəndaşlarının sayı da 59 min 724 olaraq açıqlanıb. "INE"nin, 2012-ci il əsas alınaraq nümayiş etdiyi hesabatda diqqəti çəkən digər bir ünsür isə gənc əhalinin azalması və yaşlı əhalinin artması olub. Buna görə, gənc əhalinin (25-29 yaş) sayı 5,53 faiz azalıb, yaşlı əhali isə (90-94 yaş) 8,07 faiz artıb. İşləməyən, iqtisadi cəhətdən dövlətə asılı əhalinin nisbəti də bir il əvvəlkinə nisbətən bir bal artaraq 51 faiz olub.