Premyer Liqamızda oyunların vaxtı açıqlandı

9 Fevral 2020 20:21 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarının başlama saat müəyyənləşib.

Goal.az PFL-in saytına istinadən xəbər verir ki, turun bütün görüşləri 2 günü əhatə edəcək və “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

15 fevral (şənbə)

15:00. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu

17:00. “Sumqayıt” – “Sabah”

“Kapital Bank Arena”

16 fevral (bazar)

16:30. “Səbail” – “Qəbələ”

"ASCO Arena"

19:00. “Neftçi” – “Keşlə”

“Bakcell Arena”