Kliniki Tibbi Mərkəzdə 2 nəfərin müalicəsi davam edir

10 Fevral 2020 09:23 (UTC+04:00)

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Mövqe.az xəbər verir ki, məlumatda 1 saylı Kliniki Tibbi Mərkəzdə fevralın 10-u üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfərin olduğu qeyd olunub.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bildirilib ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar: "Onların xəstə şəxslərlə kontaktı olmayıb. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".