“Azərbaycan Sənaye Korporasiyası” 2 şirkətinə "maya qoydu"

10 Fevral 2020 10:19 (UTC+04:00)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 230 000 manat və yaxud 0,8% artırılaraq 28 498 485 manatdan 28 728 485 manata çatdırılıb.

Mövqe.az bu barədə Korporasiyaya istinadən xəbər verir.

Bundan başqa, quruma məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin də nizamnamə kapitalı 2 896 924 manat və yaxud 75,8% artırılıb. Son nəticədə şirkətin kapitalı 3 820 865 manatdan 6 717 789 manata çatıb.