GUAM PA da seçkiləri azad və ədalətli qiymətləndirdi

10 Fevral 2020 11:32 (UTC+04:00)

“Azərbaycanda parlament seçkiləri sakit şəraitdə, rəqabət ruhunda keçirildi, seçkini azad və ədalətli qiymətləndirmək olar”.

Mövqe.az xəbər verir ki, bunu ukraynalı deputat, GUAM PA müşahidə missiyasının üzvü Maryan Zablotski deyib.

Qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən deputat Bakının gözəlliyinə heyran qaldığını bildirib.

“Bakının rahatlığı və gözəlliyi Avropa şəhərlərindən heç də geri qalmır. Mütləq buraya qayıdacağam”, - o vurğulayıb.