İbrahimoviç Milan derbisinin tarixinə keçdi

10 Fevral 2020 12:45 (UTC+04:00)

Milan-ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A seriyasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, isveçli hücumçu Milan derbisində qol vuran ən yaşlı oyunçu olub. O, 38 yaş 129 günlüyündə ölkə çempionatının 23-cü turunda keçirilən İnter-lə matçda (2:4) fərqlənib.

Qeyd edək ki, bundan əvvəlki rekord Milan-ın sabiq futbolçusu Nils Lidholma (38 yaş 43 gün) məxsus idi.