Suriyada 5 türk əsgəri şəhid oldu

10 Fevral 2020 17:40 (UTC+04:00)

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.

Mövqe.az NTV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama verib:

“İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb”.