Siqaretin qiyməti yenidən kəskin surətdə artacaq

26 İyun 2013 11:20 (UTC+04:00)
Son günlərdə tütün və tütün məmulatlarının qiymətinin qalxacağağına dair yenidən müxtəlfi məlumatlar səslənməkdədir. Bundan başqa mediaad belə informasiyalar da dolaşır ki, Azərbaycanda tütün məmulatlarının əsas istehsalçısı olan "European Tobacco-Baku" ASC-nin səhmlərinin böyük qismi məşhur xarici şirkətlərdən birinə satılıb. Zavodda siqaret istehsalı ilə bağlı yeniliklərin tətbiqi və yeni sistemin qurulması gözlənilir. Bu səbəbdən də yaxın aylarda ölkədə siqaretin qiyməti artacağı proqnozu var. Xatırladaq ki, cari ilin əvvəlində həm yerli, həm də idxal olunan siqaretin qiymətində 10 qəpik artım olub. "European Tobacco-Baku" ASC –dən bu barədə heç bir məlumat verməslər də, mütəxəssislər qiymət artımının olacağını təsdiqləyirlər. Ancaq problemlərdən biri də odur ki, qiymətlərdə artım olsa da, hələlik ölkəmizdə siqaretdən istifadə edənlərin sayında azalma və durğunluq müşahidə edilmir. Əksinə, onların sayında artım var. Onu da qeyd etmək lazımdır ki, bu gün siqaret çəkənlərin arasında azyaşlıların payı üstünlük təşkil etməyə başalyır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, bahalaşmanın olacağı öncədən proqnozlaşdırılırdı: "Nəzərə alsaq ki, Azərbaycana siqaret məhsulları Rusiyadan da idxal olunur. O cümlədən Rusiayadan siqaret istehsalı üçün müəyyən xammal da idxal olunur. Rusiya siqaretin müəyyənləşdirilən aksizinin artırılması ilə bağlı qərar qəbul etdi. Güman olunur ki, Rusiyadan gələn siqaretlərin qiymətində artımlar müşahidə olunmalıdır. O baxımdan Rusiyada qiymət artımı müşahidə olunarsa, birmanalı şəkildə Azərbaycan bazarına təsir edəcəyi gözlənilir. Eyni zamanda "European Tobacco-Baku" ASC-nin səhmlərinin bir qismi xaricilər tərəfindən alınıbsa, burada müəyyən yenidənqurma işlərinin aparılacağı və eyni zamanda avadanlıqların dəyişəcəyi gözlənilir. Ona görə də indiki halda Azərbaycanda siqaret istehsalçısı olan şirkət daha keyfiyyətli siqaret istehsal etmək istəyindədir. Yeni avadanlıqların quraşdırılması birmənalı şəkildə istehsal olunan siqaret məhsullarının keyfiyyətini, eləcə də xərcinin artmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda siqaretin qiymətində təxminən 15 % artım müşahidə olunacaq. Yəni, 80 qəpiyə olan siqaretlər təxminən 95 qəpik, hətta güman olunur ki, yuvarlaqlaşdırılaraq 1 manata təklif olsun. Hətta siqaretlərin qiymətində 50 qəpiyə qədər yüksəlmə gözlənilir. Ona görə də qiymət artımlarının olacağı istisna edilmir. Artım eyni zamanda idxal olunan siqaretlərin qiymətində də müşahidə olunacaq. Ancaq onu da nəzərə alaq ki, yalnız Rusiya yox, həm də dünyada bazarında qiymətlərdə artım müşahidə olunmaqdadır. Tütün istehsalının 2012 – ci ildə azalması ilə bağlı 2013 – cü ildən başlayaraq dünya bazarında siqaret məhsullarının qiymətində artım var. Hazırda dünya bazarında siqaret məhsullarının qiymətində təxminən 7 % -ə yaxın artım müşahidə olunur. Bu artım ölkəyə gətirilən xarici siqaret məhsullarına da təsir göstərəcək. Bu artımın təxminən 15 % intervalında baş verəcəyi gözlənilir".

Sosioloq Asif Ozan bildirir ki, ümumiyyətlə insanın alkoqol, siqaret və bu tipli maddələrə adaptasiyası sırf psixoloji müstəvidə həll olunmalı problemlərdəndir: "Çünki, psixologiya və sosiologiya elminin son nailiyyətləri göstərir ki, insanların hansısı bir vərdişi onun uzun illərdə təkarladığı davranış stereotipidir. Son dövrlərdə buna həmçinin sosial kodlaşma da deyirlər. Çünki, uzun müddət bir hərəkəti təkrar edən insanın psixoloji olaraq şüuraltında müvafiq kodlaşma gedir. Ona görə də artıq həmin məhsulun qiyməti dəfələrlə qalxsa da belə, o, hətta evini sataraq məhsula sahib olmağa çalışacaq. Ona görə də siqaretin qiymətini artırmaqla, cəmiyyətdəki bu sosial bəlanı həll etmək mümkün deyil. Ümumiyyətlə, praktika göstərir ki, inzibati üsullarla hər hansı sosial – psixoloji problemi toplum içində həll etmək mümkün olmayıb. Bunun üçün dövlət dərs tədrisinə müvafiq sosial – psixoloji proqramlar daxil etməlidir. Bu cür problemlərin həlli ancaq həmin vərdişə sahib olana qədər aparılan maariflənmə və yaxud da əks kodlaşma prosesi ola bilər. Əgər inzibati rıçaqlarla bu cür insanları pis vərdişlərdən uzaqlaşdırmaq mümükün olsaydı, onda yüzlərlə narkotik aludəçiləri dispanserlərə, həbsə düşəndən sonra ondan əl çəkərdilər. Məgər bundan da sərt inzibati rıçaq var?! Ancaq həbs bu insanlarda həmin stereotipləşmiş davranışı silə bilmirsə, hansısa qiymət artımı problemin həlli ola bilməz".