Tolikdən Brilliant Dadaşovaya cavab:“ İndi bir sözdür də demişik”-ÖZƏL

26 İyun 2013 15:49 (UTC+04:00)

Brilliant Dadaşova Az news saytına  müsahibə verən zaman produser Tolikin, ona İlhamə xanımla birlikdə duet oxuması təklifini irəli sürdüyünü deyib. Xalq artisti B. Dadaşovanın həmin müsahibədə dediyi fikirləri olduğu kimi sizlərə təqdim edirik: 

" İlhamə Quliyevanın prodüseri var – Tarix. Mən onu Tolik kimi tanıyıram. Ulu öndərin ad günü ərəfələrində silsilə konsertlərdə olduq. Tolik də ordaydı. O, mənə dedi ki, "istəyirəm Sizin İlhamə xanımla birlikdə layihəniz olsun". Mən də bu təklifi məmnuniyyətlə qəbul elədim.lhamə Quliyeva ilə duet oxuyacağınız mahnının adı hələ bəlli deyil. Sadəcə, bir təklif oldu. Ondan sonra görüşüb, bu barədə söhbət etməmişik. Ortaya mənim konsert layihəm düşdü, başım da ona qarışdı. Onun da ardınca "Qurtuluş günü" bayramı münasibəti ilə keçirilən tədbirlər araya düşdü. Rayonlara getdik, konsertlər oldu və s.".

Biz də prodüser Tolik ilə əlaqə saxladıq. O bizə bildirdi ki, belə bir şey olmayıb : " İlhamə Quliyeva ilə Briliyant Dadaşovanın bir yerdə duet oxuması haqqında mən heç bir şey deməmişəm. Ümumiyyətlə belə bir fikir olmayıb. Sadəcə mən B. Dadaşovanın İ. Quliyeva ilə birgə layihəsinin olması barədə Brilliant xanıma təklif irəli sürmüşəm. O, da qəbul edib. Ancaq bu məsələnin reallaşıb -reallaşmaması sual altındadır.

Ola bilər ki, Ilhamə xanımın, Brilliant Dadaşova və Aygün Kazımovadan xalq artisti adının alınması ilə bağlı verdiyi açıqlamadan sonra bu layihə heç reallaşmasın- sualına Tolik belə cavab verib: "Əlbəttə ola bilər. Bu məsələləri bu qədər şişirtməyə dəyməz. İndi bir sözdür də demişik. Ancaq mən deməmişəm ki, Briliyyant xanım və İlhamə xanım duet oxuyacaq. Sadəcə layihə etmək istəyimi demişəm. Həm də ki, mən İlhamə Quliyevanın prodüseri deyiləm. Mən Sevda Yəhyayevanın prodüseriyəm, o sözü kim deyir çox səhv edir, səhv deyir".