Şəmkirdə ev yanıb - 1 nəfər ölüb, 3 nəfər yaralanıb

11 Fevral 2020 11:10 (UTC+04:00)

Şəmkir rayonunun Ələsgərli kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xatırladaq ki, Gədəbəy rayonunun Düz Rəsullu kəndində də ümumi sahəsi 420 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 250 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1933-cü il təvəllüdlü Abbasova Kifayət Qədim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.