Zakir Qaralov Şəki və ətraf rayonların sakinlərini qəbul edəcək

27 İyun 2013 11:27 (UTC+04:00)

Baş prokuror Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Baş Prokurorluğun mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən iyulun 12-də saat 11:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Qax, Qəbələ, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəki şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin 437-28-79 nömrəli telefonu və [email protected], elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.