Ağsu sakini evində yanaraq olüb

12 Fevral 2020 11:54 (UTC+04:00)

Ağsu rayonunun Xatman kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Abulov Akif Xudaverdi oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.