Bazar və yarmarkalardan mal alanların sayı azalıb

12 Fevral 2020 12:42 (UTC+04:00)

Azərbaycanda bazar və yarmarkalarda pərakəndə ticarət dövriyyəsi azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar ayında istehlak məhsullarının dəyər ifadəsində 23,6 faizi ticarət müəssisələri, 49,2 faizi fərdi sahibkarlar tərəfindən, 27,2 faizi isə bazar və yarmarkalarda satılıb.

2019-cu ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artıb. Bazar və yarmarkalarda isə pərakəndə ticarət dövriyyəsi 8,4 faiz azalıb.