Milli Məclisin növbədənkənar sessiyasının son iclasının gündəliyi açıqlanıb

27 İyun 2013 13:23 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının iyulun 2-də keçiriləcək son iclasının gündəliyi açıqlanıb. Milli Məclisdən Mövqe.az-a verilən məlumata görə, iclasın gündəliyinə 9 məsələ daxil edilib.


Bunlardan 7-si Gəncə, Naxçıvan, Şəki, Şirvan və bir sıra şəhər apelyasiya məhkəmələrinə hakimlərin təyin olunmasıdır.

 

Bunlarla yanaşı, ötən iclasda təxirə salınan "Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında" qanun layihəsi ikinci oxunuşda və Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq.