Şimal bölgəsində sürüşmə ilə bağlı monitorinqin nəticəsi açıqlandı-Özəl

27 İyun 2013 13:15 (UTC+04:00)

Ölkənin şimal bölgəsində sürüşmə sahələrində aparılan monitorinq başa çatıb. Bu məlumatı Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekzogen geoloji proseslərin öyÖlkənin şimal bölgəsində sürüşmə sahələrində aparılan monitorinq başa çatıb. Bu məlumatı Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov  verib. Movqe.az-a açıqlamasında S. Əmiraslanov bildirib ki, monitorinq şimal bölgəsində, Quba-Qusar rayonları ərazisindəki sürüşmə sahələrində aparılıb: "Monitorinq zamanı sürüşmə sahələrində aktivləşmə qeydə alınmayıb".

Onun sözlərinə görə, iyul ayının 1-dən isə cənub zonasındakı sürüşmə sahələrində monitorinqlər başlayacaq. Monitorinqlər 4 gün müddətində davam edəcək.