Çinin kredit alması çətinləşdi

13 Fevral 2020 12:36 (UTC+04:00)

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Çində yayılmış koronavirus səbəbindən bu ölkəni "Yüksək riskli ölkə" kateqoriyasına daxil edib. 

Mövqe.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə agentliyin "Koronavirus kredit şərtlərini məhdudlaşdırır" adlı hesabatında bildirilir.

Məlumata görə, Çinlə yanaşı koronavirusun geniş yayıldığı Asiya-Sakit Okean hövzəsi ölkələri də həmin kateqoriyaya aid edilib. Koronavirusun yeni yayıldığı digər ölkələr isə “Artan riskli ölkə” kateqoriyasına daxil olunub.