"Gülay bilir ki, evdə bahalı və zövqlü paltarlarım çoxdur"

13 Fevral 2020 22:50 (UTC+04:00)

Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun geyimləri ilə bağlı dediyi irada münasibət bildirib.

Axşam.az-a açıqlama verən Şəbnəm bildirib ki, həmkarının sözlərindən inciməyib. Müğənni evində lazımi qədər bahalı və zövqlü paltarlarının olduğunu vurğulayıb:

"Ərincək biriyəm. Gülay bilir ki, evimdə otağımın biri qarderobdur. Orada ən gözəl geyimlər var. Amma tez-bazar geyinib evdən qaçan biriyəm. Hövsələm yoxdur oturum paltar seçim, nəyisə düzüb-qoşum. Bahalı, zövqlə aldığım paltarlarım çoxdur, geyinirəm də.

Gülay deyir ki, sənin pulun məndən çoxdur, gəl sənə yaxşı geyimlər alaq. Gülay mənim üçün bacı kimidir. Mən də hərdən Gülaya irad bildirirəm".

Qeyd edək ki, Gülay "ATV maqazin onlarla" verilişində Şəbnəmin ünvanına "Şəbnəmi çox istəyirəm, münasibətimiz yaxşıdır. Biri var imkanı olmasın... Qurban olum, imkanın da var, dəyiş. Tələbatlı müğənnidir, gözəldir. Çox istəyərdim ki, Şəbnəm bir damcı geyimlərini dəyişsin. Ona yaraşar" sözlərini deyib.