ELAN- iş axtaran bir işsiz var, adı Sarkozi

10 May 2012 20:19 (UTC+04:00)

Seçkilərdən əvvəl uduzacağı halda siyasəti buraxacağı, daha sonra Paris bələdiyyə sədrliyinə namizəd olacağı iddia edilirdi. Lakin Sarkozinin mətbuat sözçüsü Frank Louvrier tezliklə Sarkozinin vəkilliyə geri qayıdacağını deyib.

"Qızıl Denni" kimi tanınan Avropa Parlamentinin Yaşıllar partiyasından olan Daniel Cohn Bendit Sarkozini iş adamı kimi görmək istədiyini bildirib: "Schröder kimi bir qaz şirkəti və ya nüvə enerji şirkətinin sözçüsü ola bilər, pula pul deməz. Nəticə etibarı ilə onun Karla kimi bir problemi var. Ona pul qazana biləcəyini göstərməlidir".