Baş prokuror: Sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməlidir

14 Fevral 2020 19:04 (UTC+04:00)

Sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməlidir.

Baş Prokurorluqdan Mövqe.az-a verilən məlumata görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Kollegiya iclasında sahibkarlıq subyektlərinin fəaliyyətinə əsassız müdaxilələrə yol verilməməsi diqqətə çatdırılmaqla, sahibkarlar arasında yaranmış mülki xarakterli mübahisələrə dair prokurorluq orqanlarına daxil olmuş şikayətlər üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri barədə izahların verilməsi prokurorluq əməkdaşlarından ciddi tələb edilib.