Heydər Əliyev prospektində təmir işləri aparılır (FOTO)

15 Fevral 2020 12:55 (UTC+04:00)

Heydər Əliyev prospektində təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Mövqe.az-a verilən məlumata görə, təmir işləri şəhər istiqamətində aparılır.

Agentlik sürücülərdən xahiş edir ki, ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etsinlər.