Seçkilərlə bağlı 220-dən artıq videogörüntü araşdırılıb

15 Fevral 2020 15:32 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində faəliyyət göstərən Mətbuat qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

Mövqe.az-ın məlumatına görə, bunu MSK-nın üzvü Qabil Orucov MSK-nın bu gün keçirilən iclasında deyib. O bildirib ki, bütün görüntülər hər bir dairə, məntəqə üzrə araşdırılıb.

Q.Orucovun sözlərinə görə, artıq 220-dən çox vieogörüntünün araşdırılması başa çatıb. Bu görüntülər ümumilikdə 30 dairənin 116 məntəqəsini əhatə edir.