Pul və dönər aparatı oğurlayan keçmiş məhkum saxlanılıb

15 Fevral 2020 18:51 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini N.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində dönərxanaların birindən 800 manat və dönər aparatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.