Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş başlayıb - YENİLƏNİR

15 Fevral 2020 20:19 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.

Mövqe.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter"dəki səhifəsində bildirib.