Azərbaycanda qızıl və gümüş bahalaşdı

17 Fevral 2020 13:51 (UTC+04:00)

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Mövqe.az-ın məlumatına görə, fevralın 17-də qızılın qiyməti fevralın 14-ü ilə müqayisədə 14,14 manat artaraq 1 unsiya üçün 2 691,24 manat təşkil edib.

Gümüş 0,36 manat bahalaşaraq 1 unsiya üçün 30,37 manata bərabər olub.

Platinin qiyməti 4,55 manat azalaraq 1 648,56 manat, palladiumun qiyməti 2,97 manat artaraq 4 156,02 manat təşkil edib.

Ad

17.02.2020

14.02.2020

Qızıl

XAU

2 691,24

2677,092

Gümüş

XAG

30,37

30,0046

Platin

XPT

1 648,56

1653,1055

Palladium

XPD

4 156,02

4153,049
 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.