Polis 6 kiloqram narkotiki dövriyyədən çıxardı

17 Fevral 2020 14:26 (UTC+04:00)

Daxili işlər orqanları tərəfindən naktotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanlıb. Şəxsi axtarış zamanı ondan, təqribən, 3,6 kiloqram marixuana aşkar edilərək götürülüb.

Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Yenikənd kənd sakini Z.Nağıyevdən isə şəxsi axtarış zamanı 445 qram marixuana aşkar edilərək götürülüb.