Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gələn ay baş tutacaq

28 İyun 2013 13:55 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü iyul ayının ikinci yarısında baş tutacaq.


APA-nın diplomatik mənbələrə istinadən xəbərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti görüşün Parisdə keçirilməsini planlaşdırırlar.

 

Görüşdə nazirlər vasitəçilərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair cari ideyaları müzakirə edəcəklər.

 

Bu görüşün Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyacağı ehtimal olunur.