Almaniyanın qətlə görə axtarışa verdiyi kişi Bakıda saxlanılıb

18 Fevral 2020 16:27 (UTC+04:00)

Almaniya dövlətinin axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.

Mövqe.az xəbər verir ki, Almaniya Cinayət Məcəlləsinin 211-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan 42 yaşlı Fuad Hacıyev Bakı şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.