Dəməşqdə güclü partlayış oldu, ölən və yaralananlar var

18 Fevral 2020 18:06 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşq şəhərində minalanmış avtomobil partladılıb. 

Mövqe.az İHA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Bab Musalla bölgəsində, avtobus dayanacağının yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.