Movqe.Az xəbər verir ki, Mövqenizi
sosial mediada paylaşmağınızı təmin edən Foursquare tətbiqi iOS və
Android əməliyyat sistemləri üçün yenilənib. Update ilə birlikdə
tətbiqə yararlı olan yeni bir xüsusiyyət əlavə olunub.
"Foursquare"da edilən yeniləmə nəticəsində artıq yoldaşlarınızın da
yer bildirişini də edə bilirsiniz. Bunun üçün etməniz lazım olan
şey check-in olarkən alt qisimdə olan "Im with .." (Mənimlə
birlikdə ...) bölməsinə toxunaraq
kiminlə bərabər olduğunuzu seçməyinizdir. Beləcə birlikdə olduğunuz
yoldaşınız da Foursquare tətbiqinə girərək həmçinin check-in etmək
məcburiyyətində qalmayacaq. Facebook və Twitterdə -uzun zamandan
bəri istifadə edilə bilən bu xüsusiyyətin "Foursquare"ə tətbiq
edilməsi istifadəçilər tərəfindən zaman qazandırıcı olacaq.