Atasını “öldürən”, qəbirdə ayılan xalq artistimiz - Dəhşətli faktlar

19 Fevral 2020 16:35 (UTC+04:00)

Xalq artisti Gülşən Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda anadan olub.

1974-cü ildən səhnə fəaliyyətinə başlayan aktrisa, daha çox Gənc Tamaşaçılar Teatrında yaddaqalan obrazlar yaradıb.

Gülşən xanım 20-dən artıq filmdə rol alıb. O, "Mənim nəğməkar bibim"də Mərcan, "Şəhərli oğlan"da Şahnaz, "Zəncirlənmiş Prometey"də Nera və başqa tamaşalarda müxtəlif, maraqlı obrazları canlandırıb.

Aktrisa sənətdə ardıcıl uğurlar qazansa da, şəxsi həyatı uğurlu olmayıb. O əvvəlcə Rüstəm adlı aktyorla ailə qurur, bu evlilikdən cütlüyün Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürmür. Aktrisa növbəti dəfə başqa bir həmkarı - Mübariz Əlixanoğluyla ailə qurur. Lakin bu evliliyi də uğurlu alınmır. Deyilənə görə, Mübariz Əlixanoğlu alkoqola həddən artıq meyilli olduğu üçün evlilikləri çox çəkməyib.

Gülşən xanım bir sıra verilişlərin aparıcısı olub. Onlardan ən məşhuru isə "Qaynar qazan" verilişi idi. Bu verilişin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə etmişdi.

O, ömrünün sonuna kimi vicdan əzabı çəkdiyini bildirirdi. Buna səbəb isə atası, görkəmli aktyor Ağadadaş Qurbanovun ölümüdür. Hadisə o zaman bütün SSRİ-ni silkələmişdi. Həmin vaxt onlar Salyanda Akademik Milli Dram Teatrı ilə qastrol səfərində idilər. Birdən mehmanxana otağının pəncərəsindən səs gəlir. Bayırda qışqırırlar ki, Stalinin şəklini aparırlar. O zaman da artıq Stalin dünyasını dəyişmişdi, ona "xalq düşməni" kimi yanaşırdılar. Otaqda olan aktyorlar Ağadadaş Qurbanovla birgə eyvana qaçırlar. Eyvana son çıxan isə Gülşən olur. Bu zaman eyvan uçur. Hamı Ağadadaş Qurbanovun üstünə yıxılır. Həkimlər helikopterlə onu aparsalar da, xilas edə bilmirlər.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə: