MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır (ƏLAVƏ OLUNUB)

19 Fevral 2020 16:23 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

Mövqe.az-ın məlumatına görə, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi ilə bağlı daxil olan müraciət baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

İclasda bildirilib ki, müraciətdə namizəd həmin dairə üzrə bi neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub. MSK üzvü İlham Məmmədov bildirib ki, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib. İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.