Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - (FOTOLAR)

19 Fevral 2020 21:03 (UTC+04:00)

Türkiyənin Yalova şəhərində fahişəliklə məşğul olan 50 nəfər saxlanılıb.

Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 hotel və 14 evdə polisin keçirdiyi əməliyyat nəticəsindəAzərbaycan, Özbəkistan və Qırğızıstan vətəndaşları yaxalanıb.

İstintaqın ilkin nəticələrində həmin qadınların iş adıyla Türkiyəyə gətirildikləri müəyyən olunub. Daha sonra onlar fahişəliyə məcbur edilib.

Saxlanılanlardan 28-i əcnəbi qadın, 22 nəfəri isə bu cinayətdə məsuliyyət daşıyan şəxslərdir.