Kürdəmirdə ikimərtəbəli evdə yanğın olub

20 Fevral 2020 09:07 (UTC+04:00)

Kürdəmir rayonunun Qağacılı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.