Bakıda “Partners and Business” sərgisi keçirilir

20 Fevral 2020 11:17 (UTC+04:00)

Bakı İdman Sarayında “Partners and Business” sərgisi keçirilir.

Mövqe.az-ın məlumatına görə, bu gün və sabah davam edəcək tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.

Sərgidə sənaye, kənd təsərrüfatı, ərzaq, İKT, təhsil, tikinti, logistika və digər sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunub.

Sərgi Azərbaycan şirkətlərinin daha geniş təqdimatına, onların bazara çıxış imkanlarının genişlənməsinə, yerli şirkətlər arasında tərəfdaşlığın inkişafına, yeni əlaqələrin və əməkdaşlıqların qurulmasına yönəlib.