Misirdə “Tarixi an”

11 May 2012 12:20 (UTC+04:00)

Mövqe.Az xəbər verir ki, Misirdə may ayının 23-24-ü keçirilməsi nəzərdə tutulan seçkilərdən əvvəl Misir tarixində ilk dəfə olan bir hadisə baş verib. Belə ki, prezidentliyə namizədliyini irəli sürən iki güclü rəqib olan Abdümunim Əbu əl Fütuh və Əmr Musa iki müxtəlif televiziya kanalının canlı yayımladığı proqramda mübahisə edib. Əbu əl Fütuh və Əmr Musa özlərinə ayrılan iki dəqiqə müddətində 24 müxtəlif sualı cavablandırıb. Namizədlər daha sonra bir-birlərinə suallar ünvanlayıb. Əbu əl Fütuhun Amr Musaya verdiyi sualla mübahisə başlayıb.

"30 ildən çox müddətdir ki, köhnə sistem xalqa zülm göstərirdi.Sən də köhnə sistemdə nazir idin.Niyə heç bir şey etmədin?Doğurdan xalqın səni seçəcəyinə inanırsan?".

Əmr Musa: "Mən onlarla mübarizə apardığım üçün məni işdən çıxardılar. Vətənim üçün onlarla mübarizə apardım. Sən isə Müsəlman Qardaşlar üçün ordan ayrıldın", - cavab verib.

Misirdə "Tarixi an" deyə adlandırılan müzakirə ölkədə baş verən ilk demokratiya söhbəti olaraq xarakterizə edilir.

Əfqanə Məzahirqızı

Mövqe.Az