Bakıda doqquzmərtəbəli binada yanğın olub

20 Fevral 2020 13:29 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzildə ev əşyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a məlumat verilib.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.