“BMW” yolu keçmək istəyən piyadanı vurub öldürdü

21 Fevral 2020 10:41 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə gecə saatlarında Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 65-ci km-də qeydə alınıb.

Belə ki,1994-cü il təvvəlüdlü Cəfərli Toğrul Fizuli oğlunun idarə etdiyi “BMW” markalı 99-VA904 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən yolu keçən 40 yaşlarında bir kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.