AAYDA: Bu il respublika əhəmiyyətli 36 yolun abadlaşdırılması üçün vəsait ayrılıb

21 Fevral 2020 11:36 (UTC+04:00)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq Gürcüstan sərhədinə qədər Xaldan-Şəki hissəsinin 54 km hissəsinin bu il çəkilib başa çatdırılması nəzərdə tutulur.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, bundan əlavə respublika əhəmiyyətli Ucar Zərdab Ağcabədi avtomobil yolunun 68 km hissəsinin bu ilin sonuna başa çatdırılması nəzərdə tutulur: "Bu il respublika əhəmiyyətli 36 yolun, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb".