Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB

21 Fevral 2020 16:33 (UTC+04:00)

Bakıda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. 

Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.