Şamaxıda zəlzələ olub

22 Fevral 2020 09:12 (UTC+04:00)

Bu gün Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində 3,3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Mövqe.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:05-də qeydə alınıb.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.