Braziliya Konfederasiyalar Kubokunun qalibi olub

1 İyul 2013 11:15 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, beşqat dünya çempionları iyunun 30-da Rio-de-Janeyroda – "Marakana" stadionunda keçirilən final qarşılaşmasında İspaniya yığmasını 3:0 hesabı ilə məğlub ediblər.

 

Qalib komandanın heyətində Fred (2-ci və 47-ci dəqiqə) və Neymar (44-cü dəqiqə) fərqlənib.

 

İspanlar 68 dəqiqədə Jerar Pikenin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

 

Braziliya yığması ardıcıl 3-cü, turnirin tarixində isə 4-cü dəfə Konfederasiyalar Kubokunun qalibi olub.