Gədəbəy rayonunda ev yanıb

22 Fevral 2020 19:53 (UTC+04:00)

Gədəbəy rayonunun Arıqdam kəndində ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən mlumata görə, hadisə nəticəsində evin ikinci mərtəbəsi və dam örtüyü 195 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.