“Twitter”dən açıqlama

11 May 2012 12:48 (UTC+04:00)

Movqe.Az xəbər verir ki,beynəlxalq sosial şəbəkə olan "Twitter", oğurlanan şifrələrin kimlərə aid olduğunu açıqlayıb.  55.000 şifrənin internetdə yayımlanması hadisəsindən sonra artıq ilk şərh verilib. Belə ki, internet saytında yayımlanan hesabların əksəriyyətinin "spam" üçün istifadə olunan saxta hesablar olduğu müəyyən edilib. Daha doğrusu "Twitter" məsələni belə izah edir.

Xatırladaq ki, "Mikroblog" saytı "Twitter"in on minlərlə istifadəçisinin ad və şifrəsi "Pastebin.com" adlı fayl paylaşma saytında nümayiş etmişdi..

Əfqanə Məzahirqızı

Movqe.Az