İki seçki məntəqəsinin komissiyaları nəzarətə götürülüb - Məzahir Pənahov

24 Fevral 2020 18:06 (UTC+04:00)

68 saylı Cəlilabad kənd seçki dairəsinin 9 və 25 saylı məntəqələrinin seçki komissiyaları ilə bağlı ölçü götürüləcək.

TlMövqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, həmin məntəqələrin komissiyaları hər ikisi nəzarətə götürülüb:

“Onlar barədə ciddi tədbir görüləcək. Hər pozuntunun özünün adekvat cavabı olacaq. Həmin məntəqələr barədə daxil olan müraciətlər ciddi şəkildə araşdırılır”.