Abşeronda 64 yaşlı qadın dənizdə batıb

24 Fevral 2020 18:38 (UTC+04:00)

Abşeronda 64 yaşlı qadın dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.