Hüsnü Mübarək vəfat etdi

25 Fevral 2020 15:14 (UTC+04:00)

Misirin sabiq prezidenti Məhəmməd Hüsnü Mübarək dünyasını dəyişib.

Mövqe.az-ın məlumatına görə, 91 yaşlı keçmiş prezident bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi.