Türkiyədə güclü zəlzələ baş verib

26 Fevral 2020 08:45 (UTC+04:00)
Türkiyənin Malatya vilayətində 5,0 bal gücündə zəlzələ baş verib. Mövqe.az-ın məlumatına görə, zəlzələnin episentri Pütürqe rayonunda olub. Yeraltı təkanlarının episentri 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ Şanlıurfa, Elazığ, Diyarbakır, Kahramanmaraş, Adıyaman və ətraf ərazilərdə də hiss edilib. Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.